BDU-nun professor-müəllim heyəti “Alternativ” qəzetini məhkəməyə verib
16 iyun 2007 08:41 (UTC +04:00)
Bakı Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti “Alternativ” qəzetini məhkəməyə verib. Bu barədə APA-ya BDU-nun mətbuat xidmətindən bildirilib. Yasamal Rayon Məhkəməsinə təqdim olunan iddia ərizəsinə iyunun 22-də baxılacaq. Məlumata görə, buna səbəb qəzetdə “Abel Məhərrəmov BDU-nu “Abelsayağı” idarə edir?” sərlövhəli silsilə yazıların dərc olunması, yazılarda universitetin rektoru Abel Məhərrəmovun, professor-müəllim heyətinin şərəf-ləyaqətinin alçaldılması, onlara böhtan atılmasıdır. BDU əməkdaşları məhkəmədən “Alternativ” qəzetinin baş redaktoru Mikayıl Kərimovun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş ediblər. /APA/
Media
Tanınmış jurnalist Hidayət Elvüsal vəfat edib
12:02
8 sentyabr 2024
Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb
15:39
3 sentyabr 2024
MEDİA: “Azadlıq Radiosu”nun mənbəyi bilinməyən qərəzli məlumatları media etikasına ziddir
17:06
1 sentyabr 2024
Baş Prokurorluq media subyektlərinə müraciət edib
15:07
28 avqust 2024