“Bakı Xəbər” qəzeti gələn ay nəşrini bərpa edcək

“Bakı Xəbər” qəzeti gələn ay nəşrini bərpa edcək
# 18 iyun 2007 10:48 (UTC +04:00)
“Bakı Xəbər” qəzeti iyulun əvvəlinə kimi öz nəşrini bərpa edəcək. Bu barədə APA-ya qəzetin baş redaktoru Aydın Quliyev məlumat verib. Onun sözlərinə görə, hazırda qəzetin nəşrini bərpa etməsi ilə bağlı hazırlıq işləri aparılır. Yaxın günlərdə Apellyasiya Məhkəməsinin qəzetin borcunun hissə-hissə ödənməsi ilə bağlı iddiaya baxacağını deyən A. Quliyev hesab edir ki, məhkəmə qəzetin xeyrinə qərar qəbul edəcək. O, “Azərbaycan” nəşriyyatına olan borcların hissə-hissə qaytarılması ilə bağlı qurum rəhbərliyinin şifahi razılıq verdiyini də bildirib. Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Rəsul Quliyev tərəfindən ABŞ-a dəvət edilməsi ilə bağlı məlumatlara gəldikdə, A. Quliyev bunu təsdiqləyib: “Amma hazırda qəzetin nəşrini bərpa etməsi işi ilə məşğul olduğum üçün ABŞ-a gedə bilməyəcəyəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR