Jurnalistlər iyunun 23-nə qədər piket keçirməyəcək

Jurnalistlər iyunun 23-nə qədər piket keçirməyəcək
# 18 iyun 2007 10:54 (UTC +04:00)
Mətbuat nümayəndələri iyunun 23-nə qədər piket keçirməyəcək. Bu barədə APA-ya “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid məlumat verib. O bildirib ki, ötən həftə keçirilən əvvəlcədən elan edilməmiş piketdən sonra redaktorların toplantısı olmayıb: “Ona görə də növbəti aksiyanın nə zaman keçiriləcəyi bilinmir. Amma ümumi qərara əsasən iyunun 23-nə yürüş-mitinq təyin etdiyimiz üçün bu mərhələdə yalnız mitinq hazırlığı ilə məşğul olacağıq”. Q. Zahid Bakı şəhər İcra Hakimiyyətinin aksiya ilə bağlı müraciətə hələlik cavab vermədiyini deyib: “Bizim elan olunmamış aksiyaları davam etdirib-etdirməyəcəyimiz şəhər rəhbərliyinin cavabından asılı olacaq. Əgər müraciət etdiyimiz yerdə aksiya keçirməyə razılıq versələr, o zaman yalnız icazəli yürüş-mitinqlər təşkil edəcəyik. Amma buna mane olsalar, elan olunmayan aksiyaları davam etdirməyə məcburuq”. Q. Zahid bu tipli aksiyaların həm ayrı-ayrı meydanlarda, həm də bəzi dövlət qurumlarının binaları qarşısında keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR