Mətbuat Şurası həbsdə olan jurnalistlərlə bağlı ölkə rəhbərliyinə müraciət edə bilər

Mətbuat Şurası həbsdə olan jurnalistlərlə bağlı ölkə rəhbərliyinə müraciət edə bilər
# 20 iyun 2007 13:39 (UTC +04:00)
“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru Rövşən Kəbirli və əməkdaşı Yaşar Ağazadənin Hüquqlarını Müdafiə Komitəsi Mətbuat Şurasına müraciət edib. Müraciətdə jurnalistlərin qanunsuz həbs edildiyi bildirilir və Mətbuat Şurasından bu məsələni diqqət mərkəzində saxlaması xahiş olunur. Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya açıqlamasında bildirib ki, qurum həbsdə olan jurnalistlərin məsələsini diqqət mərkəzində saxlayır və bu məsələyə kompleks şəkildə yanaşır. O, qurumda bu mövzuda bir neçə dəfə müzakirələr aparıldığını və məsələyə yenidən qayıdılacağını deyib. Şura sədrinin sözlərinə görə, Milli Mətbuat Günü ərəfəsində məsələ ilə bağlı ölkə rəhbərliyinə, müxtəlif qurumlara müraciətlər ünvanlana bilər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR