Ötən il 500-dən çox yeni qəzet təsis olunub

Ötən il 500-dən çox yeni qəzet təsis olunub
# 21 iyun 2007 15:47 (UTC +04:00)
2006-cı il müddətində Azərbaycanda 500-dən çox yeni qəzet təsis olunub. Bu barədə APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, təsis olunmuş qəzetlərin çox cüzi hissəsi fəaliyyət göstərib. Ə. Amaşov bu gün Azərbaycanda ümumilikdə 3 mindən çox KİV-in Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini deyib. Onun sözlərinə görə, bunlardan yalnız 600-ə qədəri normal fəaliyyət göstərə bilir. Şura sədri 3000 KİV-in 2400-dən çoxu qəzetlər, qalanları isə telekompaniyalar, internet resursları və agentliklərdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR