Nuşirəvan Məhərrəmli: “Rusiyada yayımlanmaq üçün Az.TV-nin nəzdində ayrıca kanal yaradılmasına ehtiyac yoxdur”

Nuşirəvan Məhərrəmli: “Rusiyada yayımlanmaq üçün Az.TV-nin nəzdində ayrıca kanal yaradılmasına ehtiyac yoxdur”
# 22 iyun 2007 09:15 (UTC +04:00)
Bu fikirləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. O, RTR rəhbəri Oleq Dobrodeyevlə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun arasında “RTR-Planeta” kanalının Azərbaycanda yayımını davam etdirməsi müqabilində Rusiyada da Az.TV-nin nəzdində yaradılacaq ayrıca kanalın yayımlanması barədə ilkin razılaşmaya münasibət bildirərkən belə deyib. Şura sədri Rusiyada Az.TV-nin yayımlanmasının məqsədəuyğun olduğunu deyib. Onun fikrincə, əlavə vəsait sərf edib həmin ölkədə yayımlanmaq üçün başqa kanal yaratmaq lazım deyil: “Belə çıxır ki, kim nə istəyir onu da edir. “RTR-Planeta” yaradılıb deyə buna uyğunlaşıb, onun bənzətməsini yaratmağa ehtiyac yoxdur. Çünki Azərbaycan Rusiya deyil. Rusiya həddən artıq böyük ölkədir. Ona görə də düşünürəm ki, Rusiyada azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə Az.TV özü yayımlanmalıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR