BDU-nun professor-müəllim heyəti ilə “Alternativ” qəzetinin məhkəmə prosesi təxirə salınıb

BDU-nun professor-müəllim heyəti ilə “Alternativ” qəzetinin məhkəmə prosesi təxirə salınıb
# 22 iyun 2007 09:51 (UTC +04:00)
Bakı Dövlət Universitetinin bir qrup professor-müəllim heyətinin “Alternativ” qəzetinə qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı Yasamal Rayon Məhkəməsində hakim Fəxrəddin Ağamirzəyevin sədrliyi ilə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buna səbəb qarşı tərəfin məhkəməyə vəkil tutmaq üçün vaxt istəməsi barədə müraciət ünvanlaması səbəb olub. Məhkəmə prosesi iyunun 27-nə təyin olunub.
Qeyd edək ki, “Alternativ” qəzetində “Abel Məhərrəmov BDU-nu “Abelsayağı” idarə edir?” sərlövhəli silsilə yazıların dərc olunması məhkəmə iddiasının ortaya çıxmasına səbəb olub. Həmin yazılarda rektor Abel Məhərrəmovun, universitet əməkdaşlarının şərəf-ləyaqətinin alçaldılmasını əsas gətirən BDU-nun professor-müəllim heyəti məhkəmədən qəzetin baş redaktoru Mikayıl Kərimovun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR