Azərbaycanın regionlarında yeni televiziya kanalları açılacaq

Azərbaycanın regionlarında yeni televiziya kanalları açılacaq
# 22 iyun 2007 11:41 (UTC +04:00)
Növbəti parlament seçkilərinə qədər Azərbaycanın əsas bölgələrində televiziya kanallarının açılması gözlənilir. Bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. N. Məhərrəmli deyib ki, Şuranın lisenziyası əsasında Şəki və Yevlaxda regional kanallar fəaliyyətə başlayandan sonra yeni kanalların açılması məsələsi gündəmə gələcək. Onun sözlərinə görə, Şamaxı, Əli Bayramlı, Sumqayıt, İmişli, Saatlı bölgələrində də regional kanallar açıla bilər”.
Şura sədri onu da bildirib ki, sentyabrda Xaçmazda yeni lisenziya almış kanal fəaliyyətə başlayacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR