Vətəndaş Nəzarəti Şurası jurnalistlərlə bağlı müsabiqə elan edib

Vətəndaş Nəzarəti Şurası jurnalistlərlə bağlı müsabiqə elan edib
# 22 iyun 2007 11:53 (UTC +04:00)
22 iyul Milli Mətbuat Günü ilə bağlı Vətəndaş Nəzarəti Şurasının (VNŞ) bütün neqativ hallara qarşı apardığı mübarizəsini işıqlandıran KİV-in təşkilatla əməkdaşlığına dair cari ildə müsabiqə elan edib. Şuranın mətbuat xidmətindən APA-ya bildirilib ki, bu müsabiqə Şura ilə əməkdaşlıq edən jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, digər KİV təmsilçilərini də rüşvətxorluğa, başqa neqativ hallara qarşı mübarizəyə cəlb etmək məqsədini müəyyən edir. Milli Mətbuat Günün ərəfəsində keçiriləcək mərasimdə son 7 ay ərzində əməkdaşlıq edən media mənsubları VNŞ-nın diplomu, fəxri fərmanı və pul mükafatı ilə təltif ediləcək. Müsabiqə “Rüşvətxorluğa və başqa neqativ hallara qarşı mübarizəni ən layiqli şəkildə işıqlandıran televiziya kanalları” (I, II, III yerlər), “Neqativ hallara qarşı mübarizəni ən layiqli şəkildə işıqlandıran qəzetlər” (I, II, III yerlər), “Ən mükəmməl televiziya verilişi” və “Ən mükəmməl qəzet məqaləsi” nominasiyasında keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR