Mirzə Sakitin Hüquqlarını Müdafiə Komitəsinin toplantısı keçirilib

Mirzə Sakitin Hüquqlarını Müdafiə Komitəsinin toplantısı keçirilib
# 22 iyun 2007 13:14 (UTC +04:00)
Hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Azadlıq” qəzetinin yazarı Mirzə Sakitin Hüquqlarını Müdafiə Komitəsinin toplantısı keçirilib. APA-nın xəbərinə görə, komitənin sədri Emin Hüseynli, M. Sakitin qardaşı Qənimət Zahid, məhbusun həyat yoldaşı Rəna Zahidova da tədbirdə iştirak ediblər. Komitə üzvləri həbsdə olduğu müddətdə M. Sakitin hüquqlarının pozulduğunu deyiblər. Müdafiə Komitəsi onun evindən olduqca uzaq məsafədə yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanmasının Avropa İnsan Haqları Konvensiyasının tələblərinə zidd olduğunu da deyiblər.
Müdafiə Komitəsinin sədri Emin Hüseynli qurumun təşəbbüsü ilə həbsdə olan jurnalistlərin maddi çətinliklərlə üzləşməsini nəzərə alaraq, bu gündən başlayaraq maliyyə vəsaitinin toplanması ilə bağlı marafon başlandığı elan edib.
Qeyd olunub ki, iyulun 22-də, Mətbuat Günündə başa çatan marafonda toplanan vəsait yeddi jurnalistin ailəsi arasında bərabər şəkildə bölünəcək. Tədbirdə M. Sakitin barəsindəki məhkəmə hökmündən Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacağı da bildirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR