2 milyona yaxın izləyicisi olan bloger "Formula-1"lə bağlı paylaşım edib - VİDEO

2 milyona yaxın izləyicisi olan bloger "Formula-1"lə bağlı paylaşım edib - VİDEO
# 11 iyun 2022 12:22 (UTC +04:00)

“Formula-1” üzrə Azərbaycan Qran-prisini izləmək üçün dünyanın bir çox ölkələrindən tanınmış blogerlər Bakıya gəlib.

APA xəbər verir ki, onlardan biri də Amerika Birləşmiş Ştatlarından (San-Fransisko) gələn, 1,9 milyon izləyicisi olan “Sadaf”dır.

O, “Formula-1”-in keçirildiyi məkandan foto paylaşıb. “Sadaf” eyni zamanda profilinin hekayə bölməsində də İçərişəhərdən, “Şirvanşahlar sarayı”ndan, Dənizkənarı Milli Parkdan - turistlik məkanlarla bağlı paylaşım edib. Həmçinin, o, Azərbaycan milli mətbəxinin təamlarını dadıb və onlarla bağlı müsbət münasibət bildirib. Daha sonra, “Sadaf” və onunla birlikdə gələn digər dünyada tanınmış blogerlər “Formula-1” Azərbaycan Qran-prisinin keçirildiyi məkana baş çəkib, oradan foto və videolar paylaşıb. Bu paylaşımlar izləyicilərin diqqətini çəkib.

Həmin video və fotolardan bəzilərini təqdim edirik:

Qeyd edək ki, yarış iyunun 12-də yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR