Aİ səfiri jurnalistlərlə görüşüb - FOTO

Peter Mixalko

© APA | Peter Mixalko

# 04 may 2022 15:21 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko jurnalistlərlə görüşüb.

APA xəbər verir ki, səfir Aİ-nin müstəqil və azad medianı dəstəklədiyini bildirib.

“Jurnalistlər öz həyatlarını riskə ataraq bu vəzifəni yerinə yetirir.

Biz indi Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsində jurnalistlərin vəziyyətini görürük, onlardan bəziləri orada öz vəzifələrini yerinə yetirərkən həyatlarını itiriblər”, - Peter Mixalko qeyd edib.

Diplomat vurğulayıb ki, Aİ Nümayəndəliyi azərbaycanlı jurnalistlərlə əməkdaşlıqda maraqlıdır və mediaya açıqdır.

“Aİ jurnalistləri dəstəkləmək və onların inkişafına dəstək vermək üçün bir sıra layihələr həyata keçirir. Biz bu dəstəyi verməyə davam edəcəyik.

Siz bizim işimizə dəstək verirsiniz, buna görə sizə təşəkkür edirəm”, - Mixalko əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR