Araz Zeynalov dəfn olunub - FOTO

Araz Zeynalov dəfn olunub - FOTO
# 04 avqust 2022 12:27 (UTC +04:00)

Tanınmış jurnalist Araz Zeynalovla vida mərasimi keçirilib.

APA xəbər verir ki, vida mərasimi mərhumun evində keçirilib.

Mərasimdə onun ailə üzvləri ilə yanaşı, bir sıra ictimaiyyət və mətbuat nümayəndələri iştirak edib.

Vida mərasimi yekunlaşdıqdan sonra Araz Zeynalov Yasamal qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Araz Zeynalov dünən axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib. O, “APA Media Group”a daxil olan Vesti.az saytının ilk baş redaktoru olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR