"Audiovizual media mühitində universal jurnalist" təlimi yekunlaşıb - FOTO

"Audiovizual media mühitində universal jurnalist" təlimi yekunlaşıb  - FOTO
# 13 oktyabr 2022 12:48 (UTC +04:00)

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə telejurnalistlər üçün “Audiovizual media mühitində universal jurnalist” mövzusunda keçirilən təlimlər yekunlaşıb.

APA xəbər verir ki, təlimlərə Azərbaycan televiziyalarında fəaliyyət göstərən jurnalistlər cəlb edilib. Keçirilən təlimlərin məqsədi televiziyada xəbər istehsalının təkmilləşdirilməsi, rəqəmsallaşmanın stimullaşdırılması, audiovizual istiqamətdə xarici bilik və təcrübələrin tətbiqinin genişləndirilməsi və daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır.

4 gün müddətində jurnalistlərə Əl Cəzirə Media Şəbəkəsinin telejurnalisti Mohamed Elatyeb tərəfindən “mobil jurnalistika”, “video jurnalistika”, “televiziya jurnalistikası”, təkbaşına tam televiziya məzmunu hazırlaya bilməsi üçün öyrənməli və əldə etməli olduğu bacarıqlar, xəbər otaqlarının necə işlədiyini anlamaq, televiziya istehsalı və xəbər dünyasına daxil olan yeni proqramların təminatı və s. mövzularda təlimlər keçirilib, interaktiv müzakirə sessiyaları olub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR