Audiovizual Şura: Efirdə türk dilindən tərcümə ilə bağlı qanuna dəyişiklik təklif ediləcək

Audiovizual Şura: Efirdə türk dilindən tərcümə ilə bağlı qanuna dəyişiklik təklif ediləcək
# 26 dekabr 2022 11:06 (UTC +04:00)

Gələn il "Media haqqında" qanuna bir neçə dəyişiklik təklif ediləcək.

APA xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bunlardan biri tərcümə ilə bağlıdır:

"Praktikadan görürük ki, radio və televiziyalara türkiyəli ekspertlər qoşulur və onların canlı olaraq tərcüməsi mümkün olmur. Təklif edəcəyik ki, bununla bağlı qanuna dəyişiklik edilsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR