Audiovizual Şura Türkiyədəki zəlzələ ilə əlaqədar proqram dəyişikliyi üçün TV-lərə tövsiyə verib

Audiovizual Şura Türkiyədəki zəlzələ ilə əlaqədar proqram dəyişikliyi üçün TV-lərə tövsiyə verib
# 07 fevral 2023 11:06 (UTC +04:00)

Audiovizual Şura Türkiyədə baş verən, çoxlu sayda insan ölümü ilə nəticələnən dəhşətli zəlzələ ilə əlaqədar televiziya kanallarına proqram səbətinə dəyişiklik edilməsi barədə tövsiyə verib.

Bunu APA-ya açıqlamasında Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov bildirib.

Onun sözlərinə görə, qardaş ölkədə baş verən faciə ilə əlaqədar kanalların bəziləri artıq özləri proqram səbətinə dəyişiklik edib:

“Audiovizual Şura olaraq biz də tövsiyə vermişik ki, bu məsələ nəzərə alınsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR