"Azad Azərbaycan" radiosunun yayımı 3 saatlıq dayandırılacaq

"Azad Azərbaycan" radiosunun yayımı 3 saatlıq dayandırılacaq
# 25 aprel 2022 17:37 (UTC +04:00)

25 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda 15–22 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü radio yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

Audiovizual Şuradan APA-ya verilən xəbərə görə, 20 aprel 2022-ci il tarixdə "Azad Azərbaycan" radiosunun efirində saat 19.00-20.00 aralığında 13 dəqiqə 55 saniyə reklamın yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinin tələbinin pozulması faktı qeydə alınıb.

Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası "Azad Azərbaycan" radiosu proqramlarının yayımının 28 aprel 2022-ci il tarixdə saat 21.00-dan 24.00-dək 3 saatlıq dayandırılması haqqında qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR