"Azərbaycan" Nəşriyyatında qiymət artımı məsələsinə aydınlıq gətirilib

"Azərbaycan" Nəşriyyatında qiymət artımı məsələsinə aydınlıq gətirilib
# 18 yanvar 2023 17:19 (UTC +04:00)

"Azərbaycan" Nəşriyyatında səhər saatlarından etibarən redaksiyaların otaqlarının qiymət artımına etiraz başlayıb.

Məsələ ilə əlaqədar “Azərbaycan” Nəşriyyatının baş direktorun müşaviri Rövşən Şıxlı APA-ya açıqlamasında bildirib ki, artıq problem aradan qaldırılıb.

Onun sözlərinə görə, "Azərbaycan” Nəşriyyatında yerləşən otaqların istifadəsinə görə ödəniş haqlarının artırılması sonuncu dəfə 2017-ci ilin yanvarında olub: “Bu tarixdən sonrakı müddət ərzində ölkədə kommunal xidmətlərin tariflərinin, nəşriyyatın binasında və ərazisində aparılan təmir-tikinti işləri üçün tələb olunan mal-materialın, nəşriyyatın fəaliyyətində zəruri hesab edilən digər malların qiymətlərinin artımını nəzərə alaraq, bu ilin yanvarından “Azərbaycan” Nəşriyyatında yerləşən otaqların istifadəsinə görə ödəniş haqlarının artırılması nəzərdə tutulmuşdu.

Lakin nəşriyyatda fəaliyyət göstərən redaksiyaların maddi vəziyyəti nəzərə alınaraq, onlarla görüş keçirildi, təklifləri nəzərə alındı və nəticə etibarilə, otaqların istifadəsinə görə ödəniş haqlarının artırılmasının hələlik KİV-lərin redaksiyalarına şamil olunmaması məqsədəuyğun hesab edildi. Yəni bundan öncə qiymətlər necə idisə, yenə də eynidir”.

Rövşən Şıxlı nəşriyyatdakı şəraitsizlik məsələsinə də münasibət bildirib: "Bilirsiniz, nəşriyyatın binası böyükdür. Biz də imkan daxilində çalışırıq ki, bu məsələləri yavaş-yavaş aradan qaldıraq. Təbii ki, bu şeylər birdən-birə mümkün deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR