Azərbaycan-Türkiyə Ortaq Media Platformu çərçivəsində birgə fəaliyyət müzakirə olunub

Azərbaycan-Türkiyə Ortaq Media Platformu çərçivəsində birgə fəaliyyət müzakirə olunub
# 19 may 2022 14:09 (UTC +04:00)

Audiovizual Şurasının sədri İsmət Səttarov ilə Bakıda səfərdə olan Türkiyənin Radio Televiziya Üst Kurulunun (RTÜK) rəhbəri Əbubəkr Şahin arasında görüş keçirilib.

Şuradan APA-ya verilən xəbərə görə, görüşdə Audiovizual Şura ilə RTÜK arasında mövcud əməkdaşlıq əlaqələri, Azərbaycan-Türkiyə Ortaq Media Platformu çərçivəsində birgə fəaliyyət, yeni qəbul olunmuş “Media haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn bir sıra yeniliklər müzakirə olunub, gələcək əməkdaşlıq və birgə fəaliyyət sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Media üzrə müşaviri Hüseyn Altınalan da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR