Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək həlak olmalarından 1 il ötür

Məhərrəm İbrahimov, Sirac Abışov

© APA | Məhərrəm İbrahimov, Sirac Abışov

# 04 iyun 2022 10:38 (UTC +04:00)

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun Kəlbəcərdə minaya düşərək şəhid olmalarından bir il ötür.

APA-nın xəbərinə görə, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov, o cümlədən Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev 2021-ci il iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Məhərrəm İbrahimov və Sirac Abışovu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR