Bahəddin Həzinin yeni kitabının imza günü olub

Bahəddin Həzinin yeni kitabının imza günü olub
# 05 noyabr 2022 15:07 (UTC +04:00)

Jurnalist Bahəddin Həzinin “Ölümcül həqiqətlər” kitabının imza günü baş tutub.

APA Kulis.az-a istinadən xəbər verir ki, Park Bulvardakı “Əli və Nino” kitab mağazasında baş tutan tədbirdə jurnalistin bir sıra qələm dostları və yazıçılar iştirak ediblər.

Qeyd edək ki, kitabda tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzinin son illərdə qələmə aldığı məqalə, yol qeydləri, esse və hekayələrin bir qismi, eləcə də, “Yadımdakı Qarabağ” xatirə-poeması yer alıb.

“Həyatımın ölümcül həqiqətləri” xatirə-povestində müəllifin qarşılaşdığı hadisələrdən, eləcə də, sənəti ilə bağlı üzləşdiyi təhlükələrdən bəhs edilir. Bu yazılar günümüzün həssas mövzularına orijinal yanaşma və özünəməxsus təsvir üslubu ilə seçilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR