"Baku TV"yə platforma yayımçısı lisenziyası verilib

"Baku TV"yə platforma yayımçısı lisenziyası verilib
# 16 noyabr 2022 17:40 (UTC +04:00)

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə "Baku TV" MMC və "Beat Media" MMC tərəfindən Audiovizual Şuraya daxil olmuş müraciətlərə baxılıb.

Bu barədə APA-ya Audiovizual Şuradan xəbər verilib.

Bildirilib ki, iddiaçılar tərəfdən təqdim olunmuş sənədlərin siyahısı və məzmunu barədə Şura aparatının hüquqşünasları Şura üzvlərinə geniş məlumat verib və sənədlərin müvafiq tələblərə uyğun tərtib olunmasını qeyd ediblər.

Şura üzvləri geniş müzakirələrdən sonra "Media haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra ilk dəfə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının "Baku TV" MMC-yə (televiziya redaksiyasının adı: "Baku TV") və "Beat Media" MMC-yə (televiziya redaksiyasının adı: "Beat TV") verilməsi barədə müvafiq qərarlar qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR