BMT "Əl Cəzirə"nin jurnalistinin ölümündə İsraili təqsirli bilib

Şirin Əbu Akleh

© APA | Şirin Əbu Akleh

# 24 iyun 2022 16:15 (UTC +04:00)

BMT İnsan Hüquqları Ofisi “Əl-cəzirə”nin Fələstin əsilli amerikalı jurnalisti Şirin Əbu Aklehin öldürülməsi ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.

APA "Haaretz"ə istinadən xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Ofisinin mətbuat xidməti məlumat yayıb.

“Topladığımız bütün məlumatlar, o cümlədən İsrail ordusunun və Fələstin Baş prokurorunun rəsmi məlumatları, Əbu Aklehin ölümü və onun həmkarı Əli Sammudinin yaralanması silahlılar tərəfindən təsadüfi atışmanın nəticəsində deyil, İsrail təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində baş verib”, - deyilir.

Bundan əlavə, jurnalistlərin bilavasitə yaxınlığında silahlı fələstinlilərin fəaliyyət göstərdiyinə dair heç bir fakt aşkar olunmayıb.

İnsan Hüquqları Ofisinin yaydığı bəyanatda qeyd olunub ki, BMT-nin İnsan Hüquqları üzrə komissarı Mişel Baçelet İsraili jurnalist Əbu Aklehin öldürülməsi ilə bağlı cinayət işi açmağa çağırıb.

“İsrail hakimiyyətinin cinayət araşdırması aparmaması çox narahatedicidir”, - BMT-nin müvafiq ofisinin sözçüsü Ravina Şamdasani Cenevrədə keçirdiyi brifinqdə vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR