Bu il televiziyalarda 323, radiolarda 78 pozuntu aşkarlanıb

Bu il televiziyalarda 323, radiolarda 78 pozuntu aşkarlanıb
# 26 dekabr 2022 11:36 (UTC +04:00)

Bu il televiziyalara 8 xəbərdarlıq edilib, 4 dəfə yayımın dayandırılması ilə bağlı qərar qəbul edilib.

APA xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O bildirib ki, radioalara isə 1 efir dayandırılması tətbiq olunub:

"Televiziyalarda 323, radiolarda isə 78 pozuntu aşkarlanıb. Hər aşkarlanan pozuntu ilə bağlı radio və televiziyalara daxili xəbərdarlıq göndərilib. Televiziyalardakı pozuntuların 184-ü, radiolarda isə 50-si reklamla bağlı olub. Kanal və radiolardakı pozuntular sistematik xarakter daşımır. Məsələn, qanuni olaraq hər bir televiziya və radio efiri Dövlət Himninin səsləndirməsi ilə başlamalıdır. Amma bəzən olur ki, texniki səbəbdən hansısa gün verilə bilmir. Buna görə xəbərdarlıq etmək düzgün olmaz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR