Dövlət Komitəsi: Uşaqlarla bağlı xəbərlərin verilməsinə həssas yanaşılmalıdır

Dövlət Komitəsi: Uşaqlarla bağlı xəbərlərin verilməsinə həssas yanaşılmalıdır
# 30 may 2023 11:00 (UTC +04:00)

Bəzi hallarda intihar xəbərləri silsilə şəklində sensasiya halında verilir ki, bu, yolverilməzdir.

APA xəbər verir ki, bunu “Audiovizual mediada uşaq hüquqlarının qorunması” tədbirində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Sevil Rəsulzadə deyib. O diqqətə çatdırıb ki, media nümayəndələri uşaqlarla bağlı xəbərlərin verilməsinə həssas yanaşmalıdırlar:

"Sensasiya halında və hekayə formasında paylaşılan xəbərlər, xüsusilə də uşaqların intihar xəbərləri onlar arasında daha çox izlənilir və bu da həmin xəbərlərin zəncirvari hal almasına gətirib çıxarır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR