Dövlət Xidməti: Azərbaycanın elektron informasiya resurslarına qarşı kiberhücumlar hazırlanıb

Dövlət Xidməti: Azərbaycanın elektron informasiya resurslarına qarşı kiberhücumlar hazırlanıb
# 05 avqust 2022 19:20 (UTC +04:00)

Azərbaycanın elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, kiberhücumlar daim nəzarətdə saxlanılır və dövlət informasiya resurslarına qarşı bu ilin mayın 3-dən davam edən DDOS və digər tipli kiberhücumların qarşısı uğurla alınır.

XRİTDX dövlət və qeyri dövlət informasiya resursları inzibatçılarını, eləcə də fişinq tipli hücumlara qarşı vətəndaşları diqqətli və ayıq olmağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR