Dünyada 2 minə yaxın jurnalist COVID-19-dan vəfat edib

Dünyada 2 minə yaxın jurnalist COVID-19-dan vəfat edib
# 07 yanvar 2022 18:59 (UTC +04:00)

Dünyanın 94 ölkəsində ən azı 1940 jurnalist COVID-19 pandemiyasının qurbanı olub.

APA-nın xəbərinə görə, bu barədə Cenevrədəki Press Emblem Campaign (PEC) təşkilatı məlumat yayıb.

Məlumatda jurnalistlərin COVID-19 infeksiyasından ən çox ölüm hallarına Braziliyada (295), Hindistanda (279), Peruda (199), Meksikada (122), Kolumbiyada (79), Banqladeşdə (68), ABŞ-da (67), İtaliyada (61), Venesuelada (59) və Ekvadorda (51) rast gəlindiyi bildirilib.

Ölüm halları 2020-ci ilin martından hesablanıb.

Daha 50 jurnalistin ölüm səbəbi dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR