Əflatun Amaşov: "Ceyhun Əsgərovun səhhəti diqqətimizdədir"

Əflatun Amaşov

© APA | Əflatun Amaşov

# 05 avqust 2022 18:28 (UTC +04:00)

“Jurnalist Ceyhun Əsgərovun səhhəti diqqətimizdədir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, jurnalist Ceyhun Əsgərov müalicə ilə bağlı Mətbuat Şurasına müraciət edib.

“Sədr müavini Umud Mirzəyev onunla görüşüb. Jurnalistin səhhəti diqqətdə saxlanılır. Bununla bağlı TƏBİB və müvafiq qurumlarla da danışılıb. Keçən dəfə xəstəxanaya yerləşdirildiyi gün iki saat sonra öz istəyi ilə xəstəxanadan çıxdı. Biz də təklif edirik ki, ona müəyyən müddət müalicə lazımdır. Çox təəssüf ki, o, həkimlərin tövsiyələrini dinləmir. Ceyhun Əsgərovun müalicəyə ehtiyacı var və həkimlər onu müalicə etməyə hazırdır", - Əflatun Amaşov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR