Əhməd İsmayılov: “Media reyestri sisteminin testləri bitib”

Əhməd İsmayılov: “Media reyestri sisteminin testləri bitib”
# 12 oktyabr 2022 11:26 (UTC +04:00)

“Media reyestri sisteminin testləri artıq bitib”.

APA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, media reyestri yaxın günlərdə istifadəyə veriləcək: “Media reyestrinə düşmək üçün media subyektlərinin müraciəti vacibdir”.

Əhməd İsmayılov media subyektlərində monitorinqlərin aparılması məsələsinə də toxunub: “Təkzib vermə, cavab vermə qaydaları burada əsas amildir. Monitorinq üçün Mətbuat Şurası ilə birlikdə iş aparacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR