Əhməd İsmayılov: Media subyektlərinin inkişafı üçün şərait yaradılması ölkədə söz azadlığının sübutudur

Əhməd İsmayılov: Media subyektlərinin inkişafı üçün şərait yaradılması ölkədə söz azadlığının sübutudur
# 25 may 2023 10:30 (UTC +04:00)

“Media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təklifləri dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək Media Agentliyinin daim diqqətdə saxladığı məsələlərdəndir”.

APA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, media subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılmasının ölkəmizdə plüralizmin, fikir və söz azadlığının təmin edilməsinin bariz sübutudur: “Media sahəsində islahatların əsas məqsədi media mühitinin sağlamlaşdırılması və keyfiyyətli xəbər istehsalını dəstəklənməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR