Əhməd İsmayılov: "Reyestrdə olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı məhdudiyyət olmayacaq”

Əhməd İsmayılov

© APA | Əhməd İsmayılov

# 12 oktyabr 2022 11:51 (UTC +04:00)

Media reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir məhdudiyyət olmayacaq.

APA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, vəsiqənin arxasında olan barkod vasitəsilə jurnalist haqda bütün məlumatları əldə etmək mümkün olacaq: “Vəsiqə özü-özlüyündə jurnalistlərə üstünlük vermir. Sadəcə reyestrdə olmaq faktını təsdiqləyir. Bu da jurnalist adından istifadə hallarının qarşısını alacaq. Jurnalist vəsiqəsi ilə akkreditasiya daha da sadələşdirilmiş olacaq”.

Ə. İsmayılov qeyd edib ki, regionlarda mətbuatın fəaliyyətində bəzi problemlər var:

"Mətbuat Şurası ilə bu mövzuda təhlillər aparılır. Bundan sonra əldə edilmiş məlumatlar əsasında hansı layihələrin həyata keçirilməsi müəyyənləşdiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR