Fəxrəddin Altun: Dezinformasiya ilə mübarizədə Azərbaycanla çox sıx əməkdaşlıq edirik

Fəxrəddin Altun: Dezinformasiya ilə mübarizədə Azərbaycanla çox sıx əməkdaşlıq edirik
# 22 oktyabr 2022 12:50 (UTC +04:00)

Biz İkinci Qarabağ müharibəsi zamanı da, indi də azərbaycanlı qardaşlarımızla, həmkarlarımızla dezinformasiya ilə mübarizədə çox sıx əməkdaşlıq edirik.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.

O qeyd edib ki, bir zamanlar Qarabağ işğal altında idi və Azərbaycan bu işğalı bitirmək üçün konkret əməli addımlar atdı: “Ancaq bu dövr ərzində Azərbaycana qarşı çox ciddi və sistematik dezinformasiya müharibəsi aparıldı. Biz isə bu kimi addımları əngəlləmək, onlara mane olmaq üçün hər bir dezinformasiya fəaliyyətini birlikdə ifşa etdik. Azərbaycanla birlikdə əməliyyat zonasına bütün xarici mətbuat nümayəndələrinin səfərini təşkil etdik. Bütün dünya ictimaiyyətinin gerçəkliyə şahid olmasını təmin etdik”.

Fəxrəddin Altun əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan rəhbərliyinin dezinformasiya ilə mübarizəyə yanaşma tərzi həlledici təsir göstərdi: “Məhz bu səbəbdən Azərbaycanın Vətən müharibəsi dövründə qazandığı təcrübəni paylaşacağından əminəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR