Fransa televiziyaları tətil edir

Fransa televiziyaları tətil edir
# 28 iyun 2022 12:23 (UTC +04:00)

Fransanın əksər radio və televiziyaları bu səhərdən tətilə başlayıb.

APA “Figaro”ya istinadən xəbər verir ki, aksiyaya “France info”, “France Inter”, “France Culture” radioları, “France 2”, “France 24” və “Franceinfo” televiziyaları qoşulub.

Etirazlara səbəb hökumətin payızdan etibarən televiziyalar üçün abunə haqqını ləğv etmək barədə təklifi olub.

Prezident Emmanuel Makron seçki kampaniyası vaxtı bu ödənişi ləğv edəcəyini bildirmişdi.

Hazırda Fransada televiziyalar üçün illik abunə haqqı 1 televizor üçün 138 avrodur. Pensiyaçılar və internet üzərindən televiziyaya qoşulanlar bu ödənişdən azaddır.

Üzvlük haqqının ləğvi televiziyaları hər il 3 milyard avro vəsaitdən məhrum edəcək. Hökumət bu məbləği televiziyalara ödəməyə söz versə də, kanal rəhbərləri təkliflə razılaşmır. Onların fikrincə, abunə haqqının ləğvi televiziyaların maliyyə müstəqilliyini azaldır.

Vüqar Ələsgərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR