İstanbulda İƏT informasiya nazirlərinin XII konfransı keçirilir - FOTO

İstanbulda İƏT informasiya nazirlərinin XII konfransı keçirilir - FOTO
# 22 oktyabr 2022 12:56 (UTC +04:00)

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) informasiya nazirlərinin XII konfransı keçirilir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, 57 ölkədən nazir və yüksək vəzifəli şəxslərin qatıldığı konfrans “Post-həqiqət dövründə dezinformasiya və islamofobiya ilə mübarizə” əsas şüarı altında baş tutub.

Açılış mərasimində çıxış edən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun doğru məlumatın əldə etməyin daha da çətinləşdiyini, sosial şəbəkədə dezinformasiyanın durmadan artdığını qeyd edib.

O əlavə edib ki, bu gün bir çox ölkə və toplumlar dezinformasiyaya əvvəlkindən daha çox məruz qalır, inkişaf edən texnologiyalar isə məlumatların təhrif edilməsinə imkan yaradır.

Fəxrəddin Altun, həmçinin, islamofobiyanın dünyada daha sərt və geniş şəkildə miqyas aldığını da vurğulayıb.

Onun sözlərinə görə, dezinformasiya vasitəsilə müsəlmanlara qarşı nifrət aşılanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR