Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin aparılması qaydası hazırlanacaq

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin aparılması qaydası hazırlanacaq
# 05 iyul 2022 14:33 (UTC +04:00)

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin aparılması qaydası hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında imzaladığı fərmanda əksini tapıb.

Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydalarını aəkritik informasiya infrastrukturu obyektlərinin meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir.

Nazirlər Kabinetinə bu müddət ərzində kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu, yaradılması və aparılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləmək də tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR