MEDİA: “Metrix.az” biznes strukturları üçün etibarlı data baza sayıla bilər

MEDİA: “Metrix.az” biznes strukturları üçün etibarlı data baza sayıla bilər
# 29 aprel 2022 12:09 (UTC +04:00)

Medianın İnkişafı Agentliyi (MEDİA) müxtəlif istiqamətlərdə həyata keçirdiyi islahatların davamı olaraq onlayn media subyektləri üçün əlavə reklam fürsətinin yaradılması istiqamətində də işlər görməkdədir.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva bildirib.

S. Şəfiyeva deyib ki, bu gün MEDİA bu sahədə ixtisaslaşmış tərəfdaşları ilə birlikdə Azərbaycanın milli rəqəmsal təhlil platforması olan “Metrix.az” layihəsini təqdim edib: “Metrix.az” platforması ölkədə 50-dən çox yerli veb-saytlar, eyni zamanda sorğular vasitəsilə ölkımizdə ən çox oxunan xəbərləri, günün trendləri və müxtəlif statistik məlumatları özündə ehtiva edir. Bu, biznes strukturları üçün etibarlı data baza sayıla bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR