Media subyektlərinin Reyestrə müraciət etməsi üçün 6 ay vaxtları var

Media subyektlərinin Reyestrə müraciət etməsi üçün 6 ay vaxtları var
# 14 oktyabr 2022 17:42 (UTC +04:00)

“Media subyektlərinin Reyestrə müraciət etməsi üçün 6 ay vaxtları var”.

APA xəbər verir ki, bunu Media Reyestri Xidmətinin rəhbəri Cahangir Həsənli canlı yayımda deyib.

O bildirib ki, 6 ay ərzində hazırda fəaliyyət göstərən media subyektləri Reyestrə müraciət etməlidir: “Ancaq yeni yaranacaq olan media subyetkləri bununla bağlı bir həftə əvvəldən bizə məlumat verməlidirlər”.

MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva isə canlı yayımda deyib ki, ali təhsili olmayan, amma Media Reyestrinə daxil olmaq istəyən jurnalistlər üçün güzəşt nəzərdə tutulmayıb.

Bildirilib ki, qeyd edilən şərtlərə cavab verən şəxslər Reyestrə müraciət edə bilər.

Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova qeyd edib ki, “Media haqqında” qanuna əsasən, jurnalistlərin Reyestrə daxil edilməsi üçün bir sıra tələblər nəzərdə tutulub: “Bu tələblər əslində bir standartdır. Yəni qanunda ali təhsil tələbi qoyularkən onun məhz jurnalistika sahəsində ali təhsilə malik olması tələbi qoyulmayıb və məhdudlaşdırılmayıb. Media Reyestrinə jurnalistlərin qəbul olunması üçün qoyulan tələbləri standartlar kimi qəbul etmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR