Mediada sağlamlığın qorunmasına zidd hərəkətlərin təbliğinə görə cərimələr dəyişir

Mediada sağlamlığın qorunmasına zidd hərəkətlərin təbliğinə görə cərimələr dəyişir
# 19 yanvar 2023 10:10 (UTC +04:00)

Media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunmasına görə cərimələr dəyişir.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək cərimələnəcəklər.

Qüvvədə olan Məcəlləyə əsasən, insanların həyatı, sağlamlığı və ya yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarının dərhal və pulsuz olaraq yayımlanmamasına, ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR