Mətbuat katiblərinin hansı halda reyestrə salınacağına aydınlıq gətirilib

Mətbuat katiblərinin hansı halda reyestrə salınacağına aydınlıq gətirilib
# 14 oktyabr 2022 17:56 (UTC +04:00)

“Media Reyestrinə jurnalistlərin müraciət etməsi üçün tələb onun əmək və ya mülki müqaviləsinin olmasıdır”.

APA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova deyib.

O bildirib ki, dövlət qurumlarında mətbuat xidmətlərində çalışan şəxslərin də jurnalist kimi hansısa media subyekti ilə əmək və ya mülki müqaviləsi varsa, reyestrə daxil ola bilər: “Eyni zamanda, həmin şəxslər digər tələblərə də cavab verməlidir”.

Media Reyestri Xidmətinin rəhbəri Cahangir Həsənli qeyd edib ki, onlayn media subyektlərinin Media Reyestrinə müraciət etməsi üçün bir sıra tələblər var: “Bunlardan biri ay ərzində 20 öz materialını dərc etməsi tələbidir. Bu və digər tələblərə cavab verən saytlar Reyestrə müraciət edə bilər”.

MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva isə əlavə edib ki, jurnalistin Media Reyestrinə müraciəti üçün əsas şərt ali təhsil və onun jurnalistika sahəsində 3 illik təcrübəsinin olmasıdır: “Digər tərəfdən, jurnalistin işlədiyi media subyektinin davamlı fəaliyyət göstərməsi onun vəsiqə alması üçün əsas şərtdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR