Mətbuat Şurasına daxil olan şikayətlərin sayı açıqlanıb

Əflatun Amaşov

© APA | Əflatun Amaşov

# 10 avqust 2022 11:06 (UTC +04:00)

Bu günə qədər Mətbuat Şurasına 18 minə yaxın şikayət daxil olub.

APA xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, şikayətlərin əksəriyyəti araşdırılıb və şikayətçilər məmnun qalıblar:

"Sabah da bəzi şikayətlərə baxacağıq. Biz həm Daxili İşlər Nazirliyi ilə, həm də Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə monitorinq qrupu yaratmışıq. Bundan başqa, Mətbuat Şurası olaraq jurnalistlərə press gödəkçələrin verilməsinə dair işlər aparmışıq. Təxminən 1000-ə yaxın press gödəkçə təqdim olunub. Həmçinin pandemiya dövründə 1000-ə yaxın jurnalistin vaksinasiyasını təşkil etmişik".

Ə. Amaşov qeyd edib ki, Baş Prokurorluğun bəzi media nümayəndələrinə xəbərdarlıq etməsi mediaya senzura tətbiq edir kimi fikirlər ortaya çıxarıb.

Mətbuat Şurasının sədri Baş Prokurorluğun ayrı-ayrı təşkilatlarla birgə komissiyasının yaradılmasını təklif edib. Bildirib ki, bu tip məsələlərlə həmin komissiya məşğul olsa, yaxşı olar: "Mətbuat Şurasına daxil olan şikayətlərin 30-35 faizi reketlik fəaliyyəti ilə bağlıdır. Əvvəl bir qəzet çıxarırdılar və həmin qəzeti qoltuğuna vurub müəyyən qurumlara gedirdilər. Sonradan həmin şəxslərə nəşriyyat binasında yer verildi, sonra daha da inkişaf etdilər və 10-15 sayt birləşib fəaliyyət göstərdi, hansısa məmura təzyiqlər göstərməyə başladılar. Bu gün də reketlik halları var. Əvvəlki dövrlərlə müqayisədə reketlər daha da peşəkarlaşıb. Belə hallarda hər iki tərəf cəzalandırılmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR