Mülki müqaviləylə işləyən jurnalistlərin hansı halda Media Reyestrinə daxil edilməyəcəyi açıqlanıb

Mülki müqaviləylə işləyən jurnalistlərin hansı halda Media Reyestrinə daxil edilməyəcəyi açıqlanıb
# 26 sentyabr 2022 16:35 (UTC +04:00)

Müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistlərin hansı hallarda Media Reyestrinə daxil edilməyəcəyi məlum olub.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, fərdi sahibkar kimi vergi uçotuna alınmadan fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işlədikdə Reyestrə daxil edilməsindən imtina olunacaq. Başqa sözlə, fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistlər fərdi sahibkar kimi vergi uçotuna alındığı halda Media Reyesterinə daxil ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR