Naxçıvanda daha bir qurum fəaliyyətini dayandırıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, 2001-ci ili sentyabr ayından fəaliyyət göstərən “Naxçıvanın səsi” radiosunun efiri bu gündən dayandırılıb.
Radio muxtar respublika ərazisində 100.3 FM tezliyində yayımlanıb. “Naxçıvanın səsi” radiosu hər gün səhər saat 08:00-dan gecə saat 00:00-dək yayım həyata keçirib. 2020-ci ildən etibarən radio muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.