“Prokurorluğun dostu” mükafatı təqdim olunub - FOTO

“Prokurorluğun dostu” mükafatı təqdim olunub - FOTO
# 15 fevral 2023 11:04 (UTC +04:00)

Baş Prokurorluq tərəfindən “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatlar təqdim olunub.

APA xəbər verir ki, mükafatlar bu gün Baş Prokurorluqda keçirilən tədbirdə təqdim edilib.

“Prokurorluğun dostu” mükafatı "APA Media Group"a daxil olan Lent.az xəbər saytının baş redaktoru Hafiz Heydərova, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov və "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşova təqdim edilib.

Onlar göstərilən diqqətə görə minnətdarlıqlarını vurğulayıblar. Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Mərasim çərçivəsində, Baş Prokurorluq tərəfindən həmçinin, İctimai Televiziyada yayımlanan “Əqrəb mövsümü” çoxseriyalı bədii filminin yaradıcı heyəti və aktyorları təltif ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR