Qazaxıstanlı jurnalistlər Şuşaya səfər edib - FOTO

Qazaxıstanlı jurnalistlər Şuşaya səfər edib - FOTO
# 26 aprel 2022 20:00 (UTC +04:00)

Qazaxıstanın KİV və ictimaiyyət nümayəndələri bu gün Şuşa şəhərinə səfər edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Twitter” hesabında paylaşım edib.

O bildirib ki, səfər müddətində onlarla görüşərək Şuşa rayonunda gedən bərpa və yenidənqurma işləri barəsində məlumat verib.

Bundan əlavə, qonaqlar Şuşa şəhərində müxtəlif tarixi əhəmiyyətli yerləri ziyarət edərək işğal müddətində və işğaldan azad edildikdən sonra şəhərin ümumi vəziyyəti ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR