Qırğız mediası Şuşada keçirilmiş Beynəlxalq Media Forumu haqda yazıb

Qırğız mediası Şuşada keçirilmiş Beynəlxalq Media Forumu haqda yazıb
# 25 iyul 2022 18:43 (UTC +04:00)

Şuşa şəhərində “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumunun keçirilməsi xarici mediada geniş yer alıb.

APA xəbər vertir ki, tədbir Qırğızıstanın milli informasiya agentliyi olan “Kabar"ın da marağına səbəb olub.

Agentlik Beynəlxalq Media Forumunun bölgəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Bundan əlavə, Forumun Azərbaycan mətbuatının 147-ci ildönümünə həsr olunduğunu xatırladan agentlik, tədbirin əsas məqsədinin qlobal və yerli kontekstdə media sahəsində müxtəlif tendensiyaları təhlil etmək, aktual mövzularda bilik və təcrübə mübadiləsini təşviq etmək olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR