Radioların monitorinqlərinin nəticələri açıqlanıb

Radioların monitorinqlərinin nəticələri açıqlanıb
# 27 dekabr 2021 18:19 (UTC +04:00)

İl ərzində, həmçinin, ölkə ərazisində fəaliyyət göstərən ümumölkə radio kanallarının daimi monitorinqləri aparılıb.

APA-nın məlumatına görə, bu, Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, ümumilikdə, aparılmış monitorinqlər göstərib ki, Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 2020-ci il ilə müqayisədə 2021-ci il ərzində televiziya və radio yayımı haqqında qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilib.

Şuranın il ərzində əsas monitorinq istiqamətlərindən biri də əcnəbi serialların yayımlanmasına nəzarət olüb. Bu sahədə yayımçılar tərəfindən pozuntu faktları aşkarlanmayıb. Seriallar tam olaraq dublyaj olunmuş vəziyyətdə, yayımçılara icazə verilmiş kvota və müddətlərə yayımlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR