Reklam haqqında Qanuna dəyişikliklər təklif edilib

Reklam haqqında Qanuna dəyişikliklər təklif edilib
# 04 noyabr 2022 10:35 (UTC +04:00)

Reklam haqqında Qanuna bir sıra dəyişiklik təklif edilib.

APA xəbər verir ki, Audiovizial Şuranın Aparat rəhbəri Fazil Novruzov "Audivizual mühitdə reklam fəaliyyətinin tənzimlənməsi" mövzusunda tədbirdə deyib.

O bildirib ki, təkliflərdən biri reklamla bağlıdır:

"Reklamın 1 saatda - 12 dəqiqə (əvvəlki qaydada) verilməsi, 1 saatda - 3 blok şəklində təqdim edilməsi təklif olunub. 20 dəqiqədən az olan proqramlar, uşaq və dini proqramlar reklamla kəsilə bilməz, rəsmi matəm günlərində reklam verilə bilməz. Həmçinin 1 sutkada 60 dəqiqəlik və maksimum 6 blok teleticarət verilməsi təklif edilib. Bundan başqa məhsul (əmtəə) yerləşdirilməsi zamanı ekranda bildiriş - işarələmənin olması, xəbər, dini, uşaq proqramlarında məhsul (əmtəə) yerləşdirilməsinin qadağan edilməsi təklif olunub. Sponsor təqdimatı ilə bağlı da qanuna bəzi dəyişikliklər təklif olunub. Həmin dəyişiliklər bunlardır - Sponsor təqdimatı 1 saatda 3 dəqiqə olmalı; Təqdimatda məhsuldan istifadə qadağandır; Xəbər və dini proqramlar sponsorun yardımı ilə hazırlana bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR