Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcək

Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcək
# 12 yanvar 2023 13:14 (UTC +04:00)

“Media subyektlərinin reyestrə müraciət etməsi üçün düşünmürəm ki, az müddət qalıb”.

APA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O qeyd edib ki, hələ xeyli vaxt var: “Məqsəd media subyektlərinin özlərini bəyan etməkləridirsə, düşünürəm ki, bu müddət ərzində edə bilərlər. Media reyestrində qeydiyyatdan keçməyən media subyektləri məhkəməyə veriləcək. Onların fəaliyyətini davam etdirməsi, yaxud dayandırılması məhkəmə qərarı əsasında təmin olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR