Rusiyalı jurnalist Andrey Karaulov federal axtarışa verilib

Andrey Karaulov

© APA | Andrey Karaulov

# 24 noyabr 2022 12:26 (UTC +04:00)

Rusiyalı tanınmış jurnalist Andrey Karaulov federal axtarışa verilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Karaulovun federal axtarışa verilməsi barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yerləşdirilib.

Rusiya DİN-in bazasında yerləşdirilən məlumatda Karaulovun Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında axtarışa verildiyi bildirilib.

Qeyd edək ki, noyabrın 3-də jurnalistin Moskva vilayətində yerləşən bağ evində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Karaulovun adı “Rostex”in rəhbəri Sergey Çemezova böhtan atılması ilə bağlı açılan cinayət işində hallanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR