Sabir Rüstəmxanlı: Azərbaycan dili, ədəbiyyatı və tarixindən danışılan telekanal açılsın

Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı

© APA | Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı

# 09 dekabr 2022 13:47 (UTC +04:00)

“Bir vaxt Bakıda Araz radiostansiyası fəaliyyət göstərirdi, gedib Kremlin yanında oturub onu dinləyə bilirdin. Hər yerdə bu radionu dinləmək mümkün idi. İndi texnika, texnologiya inkişaf edib, amma bu sahədə problem qalır. Bu məsələ həllini tapmalıdır. Müasir texnologiyanın inkişaf etdiyi dövrdə bizim hava məkanımıza asanlıqla daxil olmaq mümkün olmamalıdır. Bu, məsuliyyətsizlikdən doğur”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin xaricdə yaşayan soydaşlarımızla bağlı məlum və məşhur çıxışından sonra müəyyən məsələlər səslənir: “Qaldırılan məsələlər həll edilməlidir. Bizim ölkəmizdə yaşayan vətəndaşlarımızdan bir neçə dəfə çox olan soydaşımız xaricdə, müxtəlif ölkələrdə yaşayır. Onların hamısında məktəb açmaq mümkün deyil. Amma elə bir telekanal açmaq olar ki, Azərbaycan dili, ədəbiyyatı və tarixindən danışılsın. Demirəm ki, bu iş mənə tapşırsınlar. Bu işi bilənə versinlər, mütəxəssislər toplasınlar. Bu televiziya səhərdən axşama dərs keçsin. Bu, qlobal Azərbaycan məktəbi olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR